Qvido de Aretso

Qvido de Aretso

Qvido de Aretso (Qvido Monako) — XI əsr italyan musiqiçisi.

Orta əsr musiqi nəzəriyyəsinin görkəmli islahatçılarından biridir. O, musiqi səslərinin ucalığını göstərməkdən ötrü hərfi işarələrin not xətlərinin üzərində və arasında yazılmasından istifadə etmişdi. Qvido de Aretsonun yaratdığı sistem müasir not yazısının əsasını təşkil edir. Not yazısını dəqiq səsləndirmək və müğənnilərin oxumasını asanlaşdırmaq məqsədi ilə altıpilləli səsdüzümü tətbiq etmişdi; burada sözlər müəyyən intervallarla düzülmüş, pillələr do, re, mi, fa, sol, lya hecaları ilə adlandırılmışdı. Pillələrin adı müqəddəs İonnaya həsr olunmuş məşhur latın himninin birinci altı sətrinin başlanğıc hecalarından götürülmüşdür.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy